Fuad Abbasov Xəzər TV-də vəzifə verilməsi xəbərinə münasibət bildirdi
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Azərbaycan mediasında məşhur jurnalist Fuad Abbasovun Xəzər TV kanalında çalışacağı barədə məlumat yayılıb.
BAKU.WS xəbər verir ki, Fuad Abbasovun kanalda siyasi veriliş aparacağı iddia olunub.
Artıq bunun üçün studiyanın hazırlandığı deyilir. F.Abbasovun həmçinin Xəzər TV-nin xəbərlər şöbəsində vəzifəyə təyin ediləcəyi qeyd edilir.
Məlumatı dəqiqləşdirmək üçün BAKU.WS Fuad Abbasovla əlaqə saxlayıb. O, bildirib ki, belə bir təklif almayıb:
"Mən belə bir təklif almamışam, bu barədə ilk dəfə eşidirəm. Parlamentə namizəd olduğum üçün bu təklif hazırda maraqlı deyil. Bu seçki qanununun pozulması olardı, çünki namizəd televiziyada aparıcı kimi efir vaxtından istifadə edə bilməz. Bu, qanunsuz seçki təşviqatından istifadəyə çevriləcək".
Oxşar xəbərlər
Ermənilərin ölümlə hədələdiyi Fuada dəstək üçün imza kampaniyası başladıldı
Rusiyada yaşayan jurnalist Fuad Abbasov üçün imza kampaniyası başladılıb. BAKU.WS xəbər verir ki, ermənilərin apardığı kampaniyaya əks həmlə olaraq həmyerlimiz...