FTX gizli məlumatı İCTİMAİLƏŞDİRDİ - Talan, zorakılıq, soyğunçuluq - FOTO

FTX gizli məlumatı İCTİMAİLƏŞDİRDİ - Talan, zorakılıq, soyğunçuluq - FOTO
Foto
Sosial 113

Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) 1945-1946-cı illərdə Berlində ABŞ, Böyük Britaniya və Fransa hərbçilərinin çoxsaylı talan, zorakılıq və soyğunçuluq faktlarına dair məxfiliyi ləğv edilmiş materialları dərc edib.

Bu barədə TASS məlumat yayıb.

Sənəddə Berlin əməliyyat sektorunun rəisi general-mayor Aleksey Sidnevin 9 noyabr 1945-ci ildə SSRİ Daxili İşlər Nazirinin müavini İvan Serova təqdim etdiyi hesabatı özündə ehtiva edir.

Hesabatda amerikalı hərbçilərin almanlara qarşı davam edən xuliqanlıq, qarət və zorakılıq hallarından bəhs edilir. 19 noyabr 1945-ci il tarixli digər məlumatda fransız əsgərlərinin zorakılığı və qarətləri haqqında da məlumat verilir.

1946-cı il martın 5-də Uinston Çörçillin soyuq müharibənin başlanğıcını qoyan Fulton nitqindən sonra, sovet əks-kəşfiyyatı ABŞ, Böyük Britaniya və Fransa kəşfiyyatlarının SSRİ-yə qarşı fəaliyyətini izləməyə başlayıb. Artıq 1946-cı il mayın 1-dək 203 agent ifşa edilərək həbs edildi: 108 İngiltərə kəşfiyyatının "Secret Service" agenti, 80 ABŞ kəşfiyyatının "Secret Intelligence Service" agenti, 15 Fransa kəşfiyyatının "Securite Militaire" agenti.

Kəşfiyyat üçün onlar əsirlikdən azad edilmiş hərbi əsirlərdən, ailələri sovet zonasında yaşayan şəxslərdən və Hitler Jugend gənclərindən istifadə ediblər.

Sovet zabitləri ilə ünsiyyətdə olaraq onlar qoşun hissələrinin yerləşməsi, sayları və təchizatı haqqında məlumat toplayıblar. Bundan əlavə, agentura sovet hərbi administrasiyası və Qızıl Orduya qarşı təxribat xarakterli şayiələr yayıb.

Son xəbərlər