"Formula 1" üzrə Azərbaycan Qran-prisinə hazırlıq məqsədilə Bakıda bəzi yollardan istifadə məhdudlaşdırılacaq
20
avq
2024
16:01
"Formula 1" üzrə Azərbaycan Qran-prisinə hazırlıq məqsədi ilə Bakı şəhərində bəzi yollardan istifadə məhdudlaşdırılacaq.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən BAKU.WS-ə verilən məlumata görə, avqustun 20-də, saat 22:00-dan etibarən Səməd Vurğun küçəsinin Neftçilər prospekti ilə kəsişməsindən Zərifə Əliyeva küçəsi kəsişməsinə qədər olan hissəsi nəqliyyatın istifadəsinə bağlı olacaq.
Bu məhdudiyyət yarışlar bitənə qədər davam edəcək.
Qeyd edək ki, "Formula 1" üzrə Azərbaycan Qran-prisi sentyabrın 13-15-də keçiriləcək.
Oxşar xəbərlər
Bakıda bu ərazilərdə avtomobillərin parklanması pulsuz olacaq
Bakı şəhəri üzrə zonalar parklanma qiymətləri açıqlanıb. BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi “Nəqliyyat vasitə...