Florida Universitetində silahlı hücum: 2 ölü, 6 yaralı
ABŞ-nin Florida ştatında yerləşən Florida Dövlət Universitetində silahlı insident baş verib.
BAKU.WS sondakika-ya istinadən xəbər verir ki, hücum nəticəsində 2 nəfər həyatını itirib, 6 nəfər isə yaralanıb.
Hadisə ilə bağlı keçirilən mətbuat konfransında Leon bölgəsinin şerifi Uolt MakNeyl və polis əməkdaşı Ceyson Trambauer ətraflı məlumat veriblər. Bildirilib ki, hücumda şübhəli bilinən şəxs – 20 yaşlı Feniks İkner artıq saxlanılıb. Şerifin sözlərinə görə, İkner hücumu anasına məxsus silahla həyata keçirib.
Polisin məlumatına əsasən, hadisə nəticəsində ölən şəxslər tələbə olmayıb. Yaralanan 6 nəfərin xəstəxanada müalicəsi davam edir.
Hadisə ilə bağlı araşdırmalar aparılır. Rəsmilər ictimaiyyəti təmkinli olmağa çağırıb.
Oxşar xəbərlər
Sabah Bakıda 36° isti olacaq - HAVA PROQNOZU
Azərbaycanda iyunun 18-i 38 dərəcə isti gözlənilir. BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Bakıda və Abşeron yarımad...