FHN Xaçmazda təlim keçirib, nöqsanlar aşkarlanıb

FHN Xaçmazda təlim keçirib, nöqsanlar aşkarlanıb
Foto Video
Sosial 11

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü və Dövlət Yanğından Mühafizə Xidmətinin iştirakı ilə Xaçmaz şəhərində yerləşən çoxmərtəbəli yaşayış kompleksində təlim keçirilib.

BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, təlim şərti yanğın həyəcan siqnalı ilə texnikaların yaşayış binasına, həmçinin su hovuzuna yaxınlaşa bilməsi və ümumilikdə ərazidəki alova qarşı əməliyyat şəraitinin qiymətləndirilməsi məqsədilə keçirilib:

"Təlim zamanı şəxsi nəqliyyat vasitələrinin bəzi sahələrdə nizamsız park edilməsi səbəbindən yanğın avtomobillərinin yaşayış kompleksinin həyətinin bir hissəsində sərbəst şəkildə hərəkətinin məhdudlaşdırıldığı müəyyən olunub. Bundan əlavə, kompleksdə yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar, o cümlədən kompleksin ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilmədiyi və yanğınxəbərverici siqnalizasiya qurğusunun quraşdırılmadığı aşkar edilib.

Qeyd olunan nöqsanların aradan qaldırılması barədə binanın yanğın təhlükəsizliyinə məsul şəxslərinə şifahi və yazılı tapşırıqlar verilib, eyni zamanda sakinlərlə maarifləndirici söhbətlər aparılıb. Nəzərə çatdırılıb ki, yanğın və digər fövqəladə hadisələr zamanı xüsusi təyinatlı texnikaların binaların həyətinə maneəsiz daxil olması, çevik şəkildə döyüş vəziyyətinə gətirilməsi və əməliyyatların effektli keçirilməsi, habelə su hovuzları və hidrantlardan rahat istifadə üçün avtomobillər yalnız təyin olunmuş yerlərdə, bir-biri ilə ara məsafəsi gözləməklə, digər avtonəqliyyat vasitələrinin sərbəst keçid imkanı təmin olunmaqla park edilməlidir".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər