FHN üç obyektində təmir işləri aparacaq - 3,5 MİLYONLUQ LAYİHƏ

FHN üç obyektində təmir işləri aparacaq - 3,5 MİLYONLUQ LAYİHƏ
Sosial 18

Fövqəladə Hallar Nazirliyinin Əsaslı Tikinti İdarəsi bir sıra obyektlərdə əsaslı təmir və yenidənqurma işləri aparacaq.

BAKU.WS-in əldə etdiyi məlumata əsasən, FHN-nin İdman-Sağlamlıq Klubu və Gəncə Regional Mərkəzində əsaslı təmir işləri, həmçinin Mülki Müdafiə Qoşunlarının Lənkəran rayonunda yerləşən alayında yenidənqurma və bərpa işləri həyata keçiriləcək.

Layihənin ehtimal olunan dəyərinin 3 milyon 539 min manat olduğu qeyd edilir.

Qeyd edək ki, işlər çərçivəsində Lənkərandakı alayın inzibati binasında köhnə arakəsmələrin sökülməsi, yeni kərpic divarların hörülməsi, daş konstruksiyalarda açılışların yaradılması, divarların suvanması və digər təmir-bərpa işlərinin görülməsi nəzərdə tutulur.

Məqsədi FHN-in istifadə etdiyi obyektlərin texniki vəziyyətinin yaxşılaşdırılması, xidmət şəraitinin müasirləşdirilməsi və infrastrukturun yenilənməsidir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər