FHN-in xanım əməkdaşı Himalay dağ silsiləsinə yürüş edib - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedicisi Sima Səfərova Azərbaycan Alpinizm Federasiyasının təşəbbüsü ilə 24 mart - 3 aprel 2024-cü il tarixlərində Nepal ərazisində Himalay dağ silsiləsində yerləşən hündürlüyü 6189 metr olan İsland zirvəsinə texniki dırmanış edib.
FHN-dən BAKU.WS-ə verilən xəbərə görə, qarşıya qoyulan hədəfə uğurla çatan S.Səfərova Azərbaycan Respublikasının Dövlət Bayrağı ilə bərabər Fövqəladə Hallar Nazirliyinin rəmzi olan bayrağı da İsland zirvəsinə dalğalandırıb.
Yürüş çərçivəsində o, 5364 metr hündürlükdə yerləşən Everest Baza düşərgəsində və 5644 metr hündürlükdə yerləşən Kala Patthar zirvəsində də olub.
Qalereya
Oxşar xəbərlər
Fövqəladə Hallar Nazirliyinin işçiləri peşə bayramını qeyd edirlər - FOTO
Dekabrın 16-sı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi (FHN) işçilərinin peşə bayramı günüdür. BAKU.WS xəbər verir ki, bu gün FHN-in yaradılmasının 1...