FHN-in idarə rəisi: Qaynar xəttə daxil olan müraciətlərin əksəriyyəti yalan xarakterli olur

FHN-in idarə rəisi: Qaynar xəttə daxil olan müraciətlərin əksəriyyəti yalan xarakterli olur
Sosial 35

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar xəttinə daxil olan zənglərin əksəriyyəti əsassız, yalan xarakterli müraciətlərlə bağlı olur.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin "112" Çevik Reaksiya İdarəsinin rəisi mayor Nizami Əsədov deyib.

O bildirib ki, FHN-in qaynar telefon xəttinə yardıldığı gündən bu günə qədər 30 milyondan çox zəng daxil olub:

"4 milyondan çox hadisə kartı açılıb, 10 minlərlə təhlükəli vəziyyətlə üzləşən vətəndaşların təxliyyəsi həyata keçirilib. "112" qaynar telefon xəttinə daxil olan zənglərin əksəriyyəti əsassız, yalan xarakterli müraciətlər olur. Bu, operativ müdaxilə tələb edən vəziyyətlərdə operativ qrupların hadisə yerinə gecikmə riskini yaradır. Vətəndaşlardan xahiş edirik ki, "112" qaynar telefon xəttinə hər hansı bir təhlükə ilə üzləşəndə müraciət etsinlər".

Nizami Əsədovun sözlərinə görə, yalan müraciətlərlə bağlı FHN-in müvafiq struktur bölmələri maarifləndirmə tədbirləri həyata keçirir:

"Bəzi yalan müraciətlərə hüquqi qiymət verilməsi üçün aidiyyatı qurumlara yönləndirilir".

Son xəbərlər