FHN-in Bakı Regional Mərkəzi 6 saylı Bakı "ASAN xidmət" mərkəzində təlim keçirib
Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 6 saylı Bakı "ASAN xidmət" mərkəzində təlim keçirilib.
BAKU.WS xəbər verir ki, təlimin keçirilməsində məqsəd fövqəladə hadisələrin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsi, mərkəzin əməkdaşlarının fövqəladə hallar zamanı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılması olub.
Təlimə FHN-in müvafiq qurumlarının şəxsi heyəti və texnikası cəlb olunub.
Tədbirdə çıxış edən FHN-in Bakı Regional Mərkəzi rəisinin birinci müavini polkovnik İlqar Səfərov Azərbaycanda dövlət səviyyəsində əhalinin təhlükəsizliyinə göstərilən diqqətdən və Nazirlik tərəfindən bu istiqamətdə görülən işlərdən danışıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 6 saylı Bakı "ASAN xidmət" mərkəzinin direktoru Murad Əlizadə bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyətindən bəhs edib, fövqəladə hallarla bağlı davranış qaydalarına riayət olunmasının vacibliyini vurğulayıb.
Təlimin nəzəri hissəsində FHN-in əməkdaşları tərəfindən fövqəladə hallar zamanı davranış qaydalarına dair müxtəlif mövzularda təqdimatlar edilib, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş olunub.
Təlimin praktiki hissəsində isə baş vermiş şərti zəlzələ ilə əlaqədar "Həyəcan" siqnalı verildikdən sonra 6 saylı Bakı "ASAN xidmət" mərkəzinin əməkdaşlarının təxliyə planına uyğun olaraq təhlükəsiz yerə təxliyəsi həyata keçirilib, Bakı Regional Mərkəzinin xilasediciləri operativ qaydada "hadisə yerinə" çataraq "zərərçəkmişlərin" təhlükəsiz yerə təxliyəsini həyata keçirib, şərti xəsarət almış şəxslərə "ilkin yardım göstəriblər".
Uğurla başa çatan tədbirdə qarşıya qoyulmuş məqsədlərə nail olunub.
Qalereya
Oxşar xəbərlər
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alena Əliyeva...