FHN əməkdaşları zəlzələdən sonra ərazilərə baxış keçirib, dağıntılara rast gəlinməyib
Yeniliklərdən dərhal xəbərdar olun
Fövqəladə Hallar Nazirliyinin (FHN) regional mərkəzlərinin əməkdaşları zəlzələdən sonra ərazilərə baxış keçirib, dağıntılara rast gəlinməyib.
BAKU.WS xəbər verir ki, bu barədə FHN yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov Respublika Seysmoloji Xidmət Mərkəzində bugünkü zəlzələ ilə bağlı keçirilən brifinqdə deyib.
O bildirib ki, yerlərdə regional mərkəzlərə zəlzələ ilə əlaqəli dağıntı olmasına görə heç bir məlumat daxil olmayıb: "Aidiyyəti qurumlarımız öz işlərini adi rejimdə davam etdirirlər".
Xatırladaq ki, bu gün yerli vaxtla saat 08:15:41-də Altıağac stansiyasından 51 km şimal-şərqdə, Xəzər dənizində zəlzələ qeydə alınıb. Zəlzələ Altıağac, Siyəzən, Quba, Qusar, Xaçmaz, Şabran, Qobustan, Abşeron yarımadasında bəzi yerlərdə 5, bəzi yerlərdə 3 bala qədər hiss olunub. Zəlzələ ocağının dərinliyi 70-km-dir.
Oxşar xəbərlər
“Zəlzələ olsa, “makler evləri”nin hamısı uçacaq”
BAKU.WS kaspi.az-a istinadən bina və qurğuların dayanıqlılığının hesablanması üzrə mütəxəssis, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin müəllimi, te...