"Fərqliliyin rəngi" festivalının Zəfər Günü ərəfəsində təşkil olunması əlamətdar hadisədir

Fərqliliyin rəngi festivalının Zəfər Günü ərəfəsində təşkil olunması əlamətdar hadisədir
Sosial 53

Bu gün Bakıda keçirilən "Fərqliliyin rəngi" festivalının Zəfər Günü ərəfəsində təşkil olunması əlamətdar hadisədir.

BAKU.WS xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bu gün Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik İli" çərçivəsində keçirilən "Fərqliliyin rəngi" festivalında jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin "Konstitusiya və Suverenlik İli" çərçivəsində reallaşdırdığı silsilə tədbirlər arasında bu festival həm formatına, həm də məzmununa görə fərqli məzmun daşıyır:

"Festivalın əsas məqsədi ölkəmizdə hökm sürən tolerantlıq mühitini, multikultural dəyərləri və dini vəhdəti bir daha nümayiş etdirmək, eyni zamanda bu istiqamətdə inkişafı təşviq etməkdir. Tədbirin Zəfər Günü ərəfəsində keçirilməsi isə simvolik məna daşıyır. Çünki bu, milli həmrəyliyimizin, dini birliyimizin və məzhəblərarası münasibətlərin ən yüksək səviyyədə təcəssüm tapdığı Azərbaycan modelinin bir daha nümayişi baxımından xüsusi önəm kəsb edir".

Son xəbərlər