"Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsü"nün məqsədi açıqlanıb

"Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsü" qlobal tərəfdaşları bir araya gətirməklə, iqlimə müsbət təsir göstərən qida sistemləri üzrə investisiyaların təşviqi və xüsusilə qadınlar və gənclər üçün daha güclü dəstəyin təmin olunması məqsədi daşıyır.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov noyabrın 11-dən başlayaraq noyabrın 22-nə qədər Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təşkil olunmuş "Karbonsuzlaşdırma, qida sistemlərinin uyğunlaşdırılması və təbiətin bərpası 1.5°C yolunda" mövzusunda müzakirələrdə bildirib.
Nazir iqlimə dayanıqlı kənd təsərrüfatının inkişaf etdirilməsi və qida sistemlərinin transformasiyasına dair Azərbaycan hökumətinin təşəbbüsləri barədə iştirakçılara məlumat verib. İqlim dəyişikliyinin aqrar sektora da mənfi təsir etdiyini bildirən M.Məmmədov su resurslarının azlığı, torpaqların şoranlaşması problemlərinin aradan qaldırılması üçün icra olunan dayanıqlı kənd təsərrüfatı, su idarəçiliyi və iqlimə uyğunlaşma strategiyaları barədə danışıb.
Azərbaycanın kənd təsərrüfatı sektorunun iqlimə dayanıqlı inkişafında qlobal əməkdaşlığın əhəmiyyətini önə çəkən nazir qeyd edib ki, ölkəmiz beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edərək dayanıqlı kənd təsərrüfatı praktikasının inkişafı və iqlimə dayanıqlı gələcəyin təmin olunması prinsiplərinə sadiq qalır.

Oxşar xəbərlər
Şadlıq evləri toy sahibinə qəbz təqdim edəndə qiymətlər daha yüksək olur?
Şadlıq evlərində 200-300, hətta 500 və min nəfərlik toylar edilir. Maraqlısı odur ki, nağd və ya nağdsız formada toy sahibindən ödəniş alınarkən qəbz təqdim edə...