Fərdi tədris və repetitor xidmətlərinin fəaliyyəti ilə bağlı TƏLİMAT

Fərdi tədris və repetitor xidmətləri ilə bağlı təlimat qaydaları hazırlanıb.
BAKU.WS-in məlumatına görə, qaydalarda onlayn tədris prosesinə üstünlük verilməsi qeyd olunub.
Bildirilir ki, fərdi tədris və repetitor xidmətləri zamanı tədris prosesi yaxşı havalandırılan otaqda keçirilməlidir. Tədris vaxtı tibbi maskadan istifadə etmək məcburidir. Tədris vaxtı sosial məsafənin qorunmağı zəruridir (bir metrdən az olmamaq şərti ilə).
Dərs vəsaitləri ortaq istifadə edilməməli, şəxsi gigiyena qaydalarına ciddi riayət olunmalı, hər qrup arasında minimum 15 dəqiqə fasilə olmalıdır və fasilə zamanı otaq havalandırılmalıdır.
Oxşar xəbərlər
Karantindən sonra restoranlar belə işləyəcək - QAYDALAR
İctimai iaşə müəssisələrində koronavirusa yoluxma hallarının və ya virusun yayılmasının qarşısının alınması məqsədilə işçi heyətin virus və ondan qorunma yollar...
