Fazil Mustafanın son durumu AÇIQLANDI
Yeniliklərdən dərhal xəbərdar olun
“Səhər görüntülü danışmışam, şükür yaxşıdır. Ayağındakı yara artıq sağalıb, ayağa qalxıb yeriyir”.
BAKU.WS xəbər verir ki, bu sözləri oxu.az-a martın 28-də yaşadığı evin qarşısında sui-qəsd cəhdinə məruz qalan Milli Məclisin deputatı Fazil Mustafanın qardaşı İlqar Mustafayev deyib.
O bildirib ki, həkimlər qardaşının reabilitasiya prosesinin yaxşı getdiyini qeyd edirlər:
“Bəziləri yazırlar ki, yarası ağırdır, vəziyyəti çətindir. Amma elə deyil. Biz heç nəyi gizlətmirik. Qardaşımın vəziyyəti yaxşıdır, Allaha şükür. Həkimlərimiz də əllərindən gələni edirlər. Ayağının yarası artıq sağalıb, çiynindəki yara da sağalacaq. Reabilitasiya prosesi tam yekunlaşdıqdan sonra hər şey yaxşı olacaq”.
Oxşar xəbərlər
Fazil Mustafanın son durumu AÇIQLANDI
“Fazil müəllim bu gün daha yaxşıdır. Artıq hər şey geridə qaldı, günbəgün vəziyyəti daha da yaxşı olacaq”. BAKU.WS xəbər verir ki, bu barədə oxu.az-a açıqlaması...