Faktiki hava - Bu bölgələrə qar yağıb

Faktiki hava - Bu bölgələrə qar yağıb
Sosial 54

Faktiki hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən xəbərə görə, dekabrın 30-na olan məlumatına əsasən 29-u gün ərzində bəzi yerlərdə yağış, dağlıq ərazilərdə yağan qar 30-u gecə saatlarından kəsilib.

Qar örtüyünün hündürlüyü Qaxda, Şahdağda 2 sm, Altıağacda 1 sm olub.

Düşən yağıntının miqdarı Astarada 7.0 mm, Lənkəranda 6.0 mm, Ağdərə (Ordubad), Altıağac, Quba, Qusar, Xaltan, Qrız, Şabranda 1.0 mm-dək olub.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4°-dək isti, Naxçıvan MR-da 5-9° şaxta, dağlıq rayonlarda 7-12° şaxta, aran rayonlarında 1° şaxtadan 2°-dək isti olub.

Bayram günlərində dekabrın 31-i, 2023-cü il yanvarın 01-04-də ölkə ərazisində hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Qar yağacaq, şaxta olacaq - Dekabrın hava proqnozu

Qar yağacaq, şaxta olacaq - Dekabrın hava proqnozu

Dekabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə,...

2913 Sosial 09:45 01 dekabr 2022

Son xəbərlər