Evlərində sosial xidmətlərlə təmin olunanların sayı 12 minə çatıb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
24 mart - 1 aprel tarixlərində Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 - Çağrı Mərkəzinə daxil olan 27486 müraciətdən 5278-ni sosial xidmətlərin göstərilməsi ilə əlaqədar müraciətlər təşkil edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən BAKU.WS-ə bildirilib ki, müraciətlər əsasında yaşı 65-dən yuxarı tənha yaşayan şəxslər olduğu müəyyən edilən 2472 vətəndaş evlərində sosial məişət xidmətləri ilə əhatə olunub.
Bununla da evlərində sosial xidmətlərlə təmin olunan yaşı 65-dən yuxarı tənha şəxslərin sayı 12 minə çatıb.
Nazirliyin sosial xidmət işçiləri tərəfindən könüllülərin də dəstəyi ilə həmin tənha yaşayan şəxslərə ev təsərrüfatı ilə bağlı işlərdə, öz vəsaitləri ilə əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və s. köməkliklər göstərilir.
Qalereya
Oxşar xəbərlər
142 - Çağrı Mərkəzi gücləndirilmiş iş rejiminə keçirilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaşı 65-dən yuxarı tənha vətəndaşlara evlərində sosial xidmətlərin göstərilməsi ilə əlaqədar Nazirliyin 1...