Evdən 50 min dollar və 15 min manat oğurlayan "falçı"nın məhkəməsi başlayıb - FOTO

Evdən 50 min dollar və 15 min manat oğurlayan falçının məhkəməsi başlayıb - FOTO
Foto
Sosial 9

Falçılıq edərək evdən 50 000 ABŞ dolları və 15 000 manat pulun oğurlanmasında təqsirləndirilən Günəş Qasımovanın məhkəməsi başlayıb.

BAKU.WS apa-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə hazırlıq iclası keçirilib.

İş üzrə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Təqsirləndirilən şəxsin vəkili G. Qasımovanın ev dustaqlığına buraxılması barədə vəsatətlə çıxış edib. Vəsatət təmin edilməyib.

Məhkəmə baxış iclası avqustun 28-nə təyin edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci ( dələduzluq- külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, G.Qasımova bir müddət əvvəl zərərçəkənin ailə üzvlərinin birinə öncə görən olduğunu bildirərək, iddia etdiyi kimi qeyri-adi güc vasitəsilə onların üzləşdikləri bəzi problemlərin həllində köməkliklər göstəriləcəyi barədə vədlər verib və zərərçəkənlərin pullarını dələduzluq yolu ilə ələ keçirilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Rəşad Dağlıya əlavə ittiham verildi - YENİLƏNİB/VİDEO

Rəşad Dağlıya əlavə ittiham verildi - YENİLƏNİB/VİDEO

Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda qətl törətməkdə təqsirləndirilən meyxanaçı Rəşad Dağlının (Əmirov) cinayət işi üzrə məhkəmə prosesinin hazırlıq icla...

1014 Video 10:59 17 aprel 2023

Son xəbərlər