Ev almaq istəyənlərin NƏZƏRİNƏ! İpoteka faizləri ENƏ BİLƏR
Azərbaycanda ipoteka faizlərinin azalması mənzil alqı-satqı əməliyyatlarının sayını artıracaq və bazara daha çox iştirakçı cəlb edəcək.
Bu barədə BAKU.WS-ə açıqlama verən iqtisadçı ekspert Vüqar Oruc bildirib.
Ekspert vurğulayıb ki, ipoteka faizləri ölkədəki iqtisadi proseslərdən, manatın dəyərindən və makroiqtisadi vəziyyətdən asılı olaraq müəyyənləşir. "Orta faiz dərəcəsi ölkədə hansı səviyyədədirsə, ipoteka kreditlərinin ödəniş faizləri də ona yaxın olur. Ölkə iqtisadi cəhətdən inkişaf etdikcə faizlər də aşağı düşür," – deyə o bildirib.
Mütəxəssis əlavə edib ki, əvvəlki illərdə ipoteka faizləri təxminən 10% civarında idisə, hazırda 9-7%-ə qədər enib. Onun sözlərinə görə, ölkənin iqtisadi inkişafı davam etdikcə faizlərin yaxın gələcəkdə daha da aşağı düşməsi gözlənilir.
Şahanə Xankişiyeva
Oxşar xəbərlər
Yerli balıqların qiyməti ilə bağlı VACİB AÇIQLAMA
Azərbaycanda balıq və balıq məhsullarının qiyməti uzun müddətdir ictimai müzakirələrin mövzusuna çevrilib. BAKU.WS-in məlumatına görə, xüsusilə də Rusiya və İr...