ETX: Rəqəmsal efir məkanında minimal kibertəhlükəsizlik tədbirləri hazırlanıb

Azərbaycanda rəqəmsal efir məkanında minimal kibertəhlükəsizlik tədbirləri və minimal tələblər hazırlanıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Elektron Təhlükəsizlik Xidmətinin (ETX) rəis müavini Elvin Şahverdiyev təmsil etdiyi qurumun Medianın İnkişafı Agentliyinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən "AzİntTelekom" MMC-nin birgə təşkil etdiyi "Media subyektləri üçün kibertəhlükəsizlik" mövzusunda seminar və təlimdə bildirib.
"Artıq minimal kibertəhlükəsizlik tədbirləri aidiyyəti dövlət qurumları ilə razılaşdırma mərhələsindədir. Həm Audiovizual Şura, həm də Medianın İnkişafı Agentliyi ilə görüşlər keçirilib. Həmin tələblər bir neçə aspekti özündə ehtiva edir. Bura həm insan amilləri, həm proses, həm texnologiya, həm də idarəetmə aiddir. Bunların hər birinə dair müəyyən tələblər var. Biz inkişaf etmiş ölkələrin qabaqcıl təcrübələrini istifadə edərək həmin tələblərin formalaşdırılmasını həyata keçirmişik. Bu tələblərin formalaşdırılması, rəqəmsal efir məkanında kibertəhlükəsizliyin və informasiya təhlükəsizliyinin gücləndirməsinin təminatçısı olacaq", - deyə o qeyd edib.
Oxşar xəbərlər
Universitetə hazırlaşanlar üçün SEVİNDİRİCİ XƏBƏR
"2025-ci il üzrə ali təhsil müəssisələrinə qəbul planı Azərbaycan təhsil sistemində ciddi dəyişikliklərin və transformasiya cəhdlərinin davam etdiyini göstərir....
