"Əti aparırlar" deyən yeniyetmənin ruhi xəstə olmadığını bildirən baş həkim işdən çıxarıldı
Yeniliklərdən dərhal xəbərdar olun
1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkimi Ağahəsən Rəsulov işdən çıxarılıb.
BAKU.WS xəbər verir ki, bununla bağlı səhiyyə naziri Teymur Musayev müvafiq əmr imzalayıb.
Səhiyyə Nazirliyindən bildirilib ki, A.Rəsulovun yaş həddi ilə əlaqədar əmək müqaviləsinə xitam verilib.
Qeyd edək ki, bir neçə gün əvvəl Bakı şəhərinin Xətai rayonu, 3 saylı uşaq evində qalan və həmin uşaq evi ilə bağlı şikayətini bildirən yeniyetmə M.Hacıyev 1 saylı psixiatriya xəstəxanasına yerləşdirilmişdi. Baş həkim uşağın ruhi xəstə olmadığını bildirmişdi.
Oxşar xəbərlər
“O yeniyetmənin müalicəyə ehtiyacı yoxdur, amma uşaq evi geri qəbul eləmir”
Məlum olduğu kimi, bir neçə gün əvvəl Bakı şəhərinin Xətai rayonu, 3 saylı uşaq evində qalan və həmin uşaq evi ilə bağlı şikayətini bildirən yeniyetmə M.Hacıyev...