Əsgərlik dövründə əməkhaqqının ödənilməsi qaydası necədir? - Ekspertdən AÇIQLAMA
Əmək Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, işçi hərbi və ya alternativ xidmətə çağırıldığı halda əmək müqaviləsinə xitam verilərsə, işəgötürən işçiyə ortaaylıq əməkhaqqının azı üç misli miqdarında müavinət ödəyəcək.
Hüquqşünas Sahib Məmmədov deyir ki, sözügedən müavinət əvvəl də olub. Lakin indiyədək bu məbləğ əməkhaqqının azı iki misli qədər idi.
Qeyd edək ki, Əmək Məcəlləsinə görə, işçinin müddətli həqiqi hərbi xidmətdə olduğu müddət ərzində əvvəlki iş yeri və vəzifəsi saxlanılır.
Bu şəxslər hərbi xidmətdən buraxıldıqdan ən geci 60 təqvim günü keçənədək həmin müəssisədə və ya fiziki şəxs olan işəgötürənin yaratdığı iş yerində əvvəlki və ya buna bənzər vəzifəyə qayıtmaq hüququna malikdirlər.
Oxşar xəbərlər
Azərbaycan telekanallarının "YouTube" göstəriciləri: İyul ayının reytinq cədvəli açıqlanıb
2026-cı ilin iyul ayı üzrə Azərbaycanın televiziya kanallarının "YouTube" reytinqi açıqlanıb. BAKU.WS xəbər verir ki, "FeedSpy" statistikasına əsasən, Baku TV i...