Ərzaq alandan sonra mütləq bunları etməlisiniz!

"COVİD-19"dan qorunmaq üçün alış-verişdən sonra təmizliyə diqqət etmək lazımdır.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) hazırladığı təlimatda bildirilib.
Qeyd edilib ki, alınan qida məhsulları mətbəxə yerləşdirildikdən sonra əlləri, mətbəx mebelini və digər səthləri yumaq lazımdır.
Bundan əlavə, su keçirməyən materiallarla qablaşdırılmış qida məhsulları sabunlu su ilə yuyulub durulandıqdan sonra soyuducuya yerləşdirilməlidir.
Sərt qabıqlı meyvələri fırça və ya əl ilə axar ilıq su altında, göyərtiləri isə duzlu-sirkəli məhlulda 10-15 dəqiqə saxladıqdan sonra yuyub istifadə etmək olar.
Oxşar xəbərlər
Azərbaycanda koronavirusa görə bu bitkinin kilosu 45 manat oldu - SƏBƏB NƏDİR?
Covid-19 virusu hələ yenicə yayılmağa başlayandan onun haqqında sübut olunmamış məlumatlar və fərziyyələr yayılmaqdadır. İnternetdə və sosial mediada yeni növ k...
