Ermənistanda koronavirus şoku - Ölənlərin sayı kəskin artdı

Ermənistanda koronavirus şoku - Ölənlərin sayı kəskin artdı
Sosial 567

Ermənistanda koronavirusa yoluxanların sayı durmadan artır.

BAKU.WS “news.am”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb.

Yayılan məlumata görə, bir gündə 1600 erməni COVİD-19 virusuna yoluxub. Virusdan 26 nəfər dünyasını dəyişib.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 80410-a yüksəlib. Ümumilikdə Ermənistanda 1222 nəfər virusdan ölüb.

Hazırda Ermənistanda 27027 aktiv koronavirus xəstəsi var.

Son xəbərlər