Erməni dilini öyrənmək istəyənlər üçün vəsait nəşr edilib - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi mütəmadi şəkildə erməni dili kurslarının təşkilini davam etdirir.
Mərkəzdən BAKU.WS-ə verilən məlumata görə, kurs siyasi elmlər doktoru Hatəm Cabbarlı tərəfindən tədris olunur. BMTM həm kurslarda tədris vəsaiti kimi istifadə olunması, həm də fərdi olaraq bu dili öyrənmək istəyənlər üçün Hatəm Cabbarlının müəllifliyi ilə “Erməni dili” müstəqil tədris üçün vəsait nəşr etdirib.
Erməni dilini sərbəst öyrənmək istəyənlər vəsaitdən yararlana bilərlər. Bu nəşrdə erməni dili beş hissə və 32 dərsdən ibarətdir. Dərs vəsaitində mövzulara uyğun olaraq 182 çalışma, 54 oxu mətni və onlara aid lüğət verilib.
Vəsaitin elektron versiyası BMTM-in saytında nəşrlər bölməsinə yerləşdirilib. Yükləmək üçün aşağıdakı linkdən keçid etmək mümkündür:
https://aircenter.az/uploads/files/ERM%20DILI%20%2B%20cild.pdf
Kitab həmçinin məhdud sayda dərc olunub. Müxtəlif təhsil ocaqlarında erməni dilini öyrənən və bu kitabı əldə etmək istəyənlər Mərkəzin Mirzə İbrahimov 8 ünvanında yerləşən binasına müraciət edə bilərlər.
Qalereya
Oxşar xəbərlər
Məleykə Abbaszadə ittihamlara cavab verdi
Bildiyiniz kimi, 2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil...