Ərdoğan Türkiyə istehsallı peyvəndin istifadəyə hazır olacağı tarixi açıqladı
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə tərəfindən hazırlanan koronavirus peyvəndinin ən geci aprel ayında istifadəyə hazır olması planlaşdırılır. Dünyanın iqtisadi baxımdan sarsıldığı bir vaxtda əsas hədəfimiz ölkəmizi ən yüksək səviyyəyə çatdırmaqdır. Bu işdə heç kim bizim qarşımızı kəsə bilməyəcək. 2021-ci ili islahatlar ilinə çevirəcəyik. Böyük və güclü Türkiyə üçün lazımi tədbirlər görəcəyik. Bunun üçün geniş hazırlıqlar aparılır. Hədəflərimizə daha asan çata biləcəyimiz bir şərait yaratmaqda fikrimiz qətidir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Elazığ Kömürhan Körpüsü və Bağlantı Tüneli”nin açılış mərasimində bildirib.
Prezident Ərdoğan bildirib ki, tamamilə daxili qaynaqlar hesabına inşa edilən bu körpü Türkiyənin mühəndislik sahəsindəki gücünün və imkanlarının rəmzlərindən biri olacaq.
Qeyd edək ki, Türkiyənin Elazığ və Malatya vilayətlərini birləşdirən bu körpünün tikintisi 720 milyon türk lirəsinə başa gəlib.
Oxşar xəbərlər
"Sinovac" peyvəndi nə qədər effektivdir? - AÇIQLAMA
"Hələ aprel ayında Çin peyvəndinin daha tez istehsal və tətbiq olunacağı məlum idi. Həmin peyvəndin həqiqətən də effektiv olacağı və pandemiyanın mərhələlərinin...