Ən yüksək temperatur Şərur və Culfada qeydə alınıb - FAKTİKİ HAVA
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda müşahidə olunan faktiki hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə bildirilib ki, avqustun 17-si saat 9:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti, əsasən, yağmursuz keçib, lakin 16-da günün ikinci yarısında Böyük Qafqazın bəzi dağlıq ərazilərində şimşək çaxıb, qısamüddətli yağış yağıb.
Düşən yağıntının miqdarı Şahdağ və Xaltanda 2 mm-dək olub.Gözlənildiyi kimi, avqust ayının birinci yarısına nisbətən, artıq havanın temperaturu bir neçə dərəcə enərək Abşeron yarımadasında 33-37 dərəcə olub. Ən yüksək temperatur isə Şərur və Culfada qeydə alınıb, 40 dərəcəyədək isti olub.
Oxşar xəbərlər
Avqustda da hava qeyri-sabit keçəcək? - AYLIQ PROQNOZ
Avqust ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətind...