Əmlakı və torpağı olanların NƏZƏRİNƏ - Noyabrın 15-i son tarixdir...

Əmlakı və torpağı olanların NƏZƏRİNƏ - Noyabrın 15-i son tarixdir...
Sosial 2375

Noyabrın 15-i vergi və sığorta haqlarının ödənilməsinin son günüdür.

BAKU.WS Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, bu barədə məlumat vergiödəyicilərinin nəzərinə çatdırılıb.

Məlumata əsasən, həmin gün torpaq vergisi (cari il üzrə hesablanmış illik torpaq vergisinin yarısı), əmlak vergisi (cari il üzrə hesablanmış illik əmlak vergisinin yarısı), cari ilin 4-cü rübü üzrə hesablanmış əmlak vergisinin cari ödəmələri, məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta haqqı və icbari tibbi sığorta haqqının ödənilməsinin son tarixidir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər