Əmlak Məsələləri Dövlət Xidmətinin elektron xidmət portalı ləğv edilir

Əmlak Məsələləri Dövlət Xidmətinin fəaliyyət istiqamətləri üzrə həyata keçirilən elektron xidmətlərin təqdim edildiyi Elektron Xidmətlər Portalı - "www.e-emlak.gov.az" portalı mayın 1-dən etibarən ləğv edilir.
Əmlak Məsələləri Dövlət Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, portalda təqdim edilən bütün xidmətlər İqtisadiyyat Nazirliyinin Elektron Xidmətlər Portalına (e-services.economy.gov.az) inteqrasiya edilib. Məqsəd elektron xidmətlərin vahid portal üzərindən istifadəsi və prosesin sadələşdirilməsidir.
Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim edilən xidmətlərdən istifadə etmək istəyən şəxslər İqtisadiyyat Nazirliyinin Elektron Xidmətlər Portalına (e-services.economy.gov.az) daxil olaraq müvafiq bölməyə keçid edə bilərlər.

Oxşar xəbərlər
Azyaşlılar niyə evdən qaçırlar?
Son günlər ölkənin müxtəlif bölgələrində azyaşlı uşaqların evdən qaçması halları artmaqdadır. Buna səbəb nədir? Azyaşlılar evdən niyə qaçırlar? Baku TV mövzu il...