Emin Əmrullayev təhsillə bağlı sualları cavablandıracaq - Vaxtı açıqlandı - YENİLƏNİB

Emin Əmrullayev təhsillə bağlı sualları cavablandıracaq - Vaxtı açıqlandı - YENİLƏNİB
Sosial 2020

Yeni tədris ilinin təşkili ilə bağlı sabah brifinq keçiriləcək.

BAKU.WS xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Qeyd olunub ki, bütün suallara sentyabrın 7-də saat 14.00-da təhsil naziri Emin Əmrullayevin iştirakı ilə keçiriləcək brifinqdə aydınlıq gətiriləcək.

***14:01

Yeni tədris ili ilə bağlı qərar sabah açıqlanacaq.

BAKU.WS xəbər verir ki, bununla bağlı Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov sosial şəbəkədə bildirib.

Qeyd edək ki, nazirlik rəsmisinə sosial şəbəkədə “Dərslərlə bağlı nazir nə zaman danışacaq?” sualı ünvanlanıb. O isə cavabında “sabah” deyə bildirib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər