Emin Əmrullayev: "Oxuya ayrılan dərs saatlarının lazımi qaydada tədris olunmasına məktəb direktorları nəzarət etməlidirlər"

Emin Əmrullayev: Oxuya ayrılan dərs saatlarının lazımi qaydada tədris olunmasına məktəb direktorları nəzarət etməlidirlər
Video
Sosial 14

"Əgər müəllimlərin işə qəbulu və sertifikasiya prosesində oxu bacarığını daha əsaslı şəkildə qiymətləndirə bilsək, məktəbdə də oxu savadlılığı yaxşılaşacaq. Çünki müəllimin özünün oxu bacarığını yaxşılaşdırmadan ondan şagirdə oxu bacarığı qazandırmağı tələb etmək məntiqsizdir".

BAKU.WS Baku TV-yə istinadən xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev PISA 2025 - Şagirdlərin Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramının nəticələrinin təqdimatı zamanı Azərbaycanda imtahan yönümlü təhsilin oxu savadlılığına təsiri ilə bağlı suala cavabında deyib.

Nazir bildirib ki, oxu komponentinin qiymətləndirmələrdə daha geniş tətbiqi cəmiyyət tərəfindən birmənalı qarşılanmasa da, bu istiqamətdə dəyişikliklərin aparılması vacibdir:

"Biz bunu özümüz üçün və yaxud kiməsə əziyyət vermək üçün etmirik. Deyirik ki, bunu artırmasaq, oxu düzəlməyəcək. Bu, sadə səbəb-nəticə əlaqəsidir. Sən müəllimdən oxu imtahanı götürmürsənsə, ondan necə uşağı oxu üzrə imtahana hazırlamağı tələb edə bilərsən?"

Emin Əmrullayev qeyd edib ki, oxu savadlılığının inkişafı üçün dərsliklərin yenilənməsi ilə yanaşı, tədris prosesinə nəzarət mexanizmlərinin də gücləndirilməsi vacibdir:

"Biz dərslikləri dəyişib oxu komponentini gətirmişik. Amma sinfə girəndə görürsən ki, müəllim yenə oxu tədris etmir, başqa mövzuları keçir. Oxuya ayrılan dərs saatlarının lazımi qaydada tədris olunmasına məktəb direktorları, direktor müavinləri və metodistlər nəzarət etməlidirlər".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər