Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən növbəti səyyar xidmət - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən növbəti səyyar xidmət - FOTO
Foto
Sosial 375
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən bölgələrdə səyyar formada protez-ortopedik xidmətlərin göstərilməsi davam etdirilir.Nazirlikdən BAKU.WS-ə verilən məlumata görə, xidmət tərəfindən Balakən, Zaqatala, Qax və Şəki rayonlarında yaşayan 67 nəfər əlilliyi olan şəxsə ehtiyac duyduqları reabilitasiya vasitələri həmin rayonlara aparılaraq təqdim edilib.Onlara 6 əlil arabası, 78 cüt protez ayaqqabı, 1 cüt ortopedik ayaqqabı, 2 ədəd aşağı ətraf protezi və ortezi, 44 ədəd əsa, 34 cüt dirsəkaltı, 13 cüt qoltuqaltı ağac, 1 ədəd bandaj, 98 ədəd güdül üçün corab, 20 ədəd dizlik, yara əleyhinə 10 ədəd döşəkcə, 14 ədəd dartıcı elastik boru, 85 ədəd rezin ucluq verilib.Növbəti mərhələdə İsmayıllı, Qəbələ, Oğuz, Şamaxı və Qobustan rayonlarında yaşayan əlilliyi olan şəxslərə də səyyar formada protez-ortopedik xidmətlərin göstərilməsi nəzərdə tutulur.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Nardaranda əməliyyat - Silah-sursat aşkarlandı

Nardaranda əməliyyat - Silah-sursat aşkarlandı

Nardaranda silah-sursat aşkar edilib.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, aparılmış profilaktiki tədbirlər nəticəsində...

398 Hadisə 16:09 02 sentyabr 2019

Son xəbərlər