Elnur Mustafayev: Aşura günündə bədənə xəsarət yetirmək düzgün deyil

Elnur Mustafayev: Aşura günündə bədənə xəsarət yetirmək düzgün deyil
Sosial 8

Aşura günündə bədənə xəsarət yetirmək və müxtəlif qeyri-ənənəvi hərəkətlər etmək düzgün deyil.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Elnur Mustafayev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu cür davranışlar Aşura gününün mahiyyəti ilə ziddiyyət təşkil edir:

"Əslində, bu hadisənin fəlsəfəsinin və mənəvi-əxlaqi dəyərlərinin əsasında ümumbəşəri ideyalar dayanır. Buna görə də cəmiyyətimiz bu dəyərlərə uyğun davranışlara üstünlük verməlidir".

İctimai Şuranın sədri əlavə edib ki, Azərbaycanda qanvermə aksiyaları ənənə halını alıb və burada əsas məqsəd xeyirxahlıqdır:

"Müxtəlif təşkilatlarda və dini ocaqlarında Aşura günlərində qanvermə aksiyaları təşkil olunur. Toplanan qan ehtiyacı olan insanlara yönləndirilir. Bu da Aşura gününün fəlsəfəsi, ruhu və mahiyyəti ilə tam uyğunluq təşkil edir".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər