"Elmlər Akademiyası" metrostansiyası ilə Bayıl parkı istiqamətində hərəkət edən avtobuslar yenilənir
"Elmlər Akademiyası" metrostansiyasını Bayıl parkı ilə əlaqələndirən 53 nömrəli şəhərdaxili marşrut üzrə 2025-ci il istehsalı olan, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunan, həmçinin daha müasir avtobuslar fəaliyyət göstərəcək.
Bu barədə BAKU.WS Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Məlumata əsasən, marşrut üzrə keçirilən müsabiqədə qalib gələn "Transkontrol" MMC avtobuslarla xəttin istismarını noyabrın 1-dən həyata keçirəcək. Marşrut üzrə ümumilikdə 10 avtobus 10-11 dəqiqə intervalla sərnişinlərin xidmətində olacaq.
Oxşar xəbərlər
Bayramlara görə Cəbrayıl və Zəngilan yarmarkalar təşkil olunacaq
Novruz bayramı ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Aqrar Tədarük və Təchizat" ASC tərəfindən 12 məntəqədə "Kənddən Şəhərə...