Elektron sağlamlıq kartı sistemi psixiatriya yardımı sahəsinə tətbiq ediləcək
Yeniliklərdən dərhal xəbərdar olun
Elektron sağlamlıq kartı sistemi psixiatriya yardımı sahəsinə tətbiq ediləcək.
BAKU.WS report-a istinadən xəbər verir ki, bununla bağlı "Psixiatriya yardımı haqqında" qanuna dəyişiklik təklif edilir.
Layihə Milli Məclisin Səhiyyə komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Sənədə əsasən, psixi pozuntusu olan şəxsin sağlamlığının vəziyyəti və ona göstərilən psixiatriya yardımı tədbirləri haqqında məlumatlar konfidensial hesab edilir və elektron sağlamlıq kartı sistemində saxlanılacaq.
Həmçinin psixiatriya yardımı alan və ya əvvəllər psixiatriya yardımı almış şəxsə göstərilən yardım tədbirləri barədə məlumatlar şəxsin özü tərəfindən elektron sağlamlıq kartı sistemindən əldə edilə biləcək. Həmin şəxsin qanuni nümayəndəsinə qeyd olunan məlumatlar onun yazılı müraciətindən sonra 2 iş günü ərzində müəssisənin müdiriyyəti tərəfindən təqdim olunacaq.
Eyni zamanda müalicədən imtina edilməsi ilə bağlı məlumatlar da elektron sağlamlıq kartı sisteminə daxil ediləcək.
Oxşar xəbərlər
Şəhid Davud Qurbanovun anası: "Onun iki böyük qardaşı da avtomobil qəzasında həyatını itirib"
Baku TV 44 günlük Vətən müharibəsi şəhidi Davud Qurbanov haqqında reportaj hazırlayıb. Reportajda şəhidin ailə üzvləri və iş yoldaşları onunla bağlı xatirələrin...