Elçin Əlibəyli də "Space"dən getdi - FOTO
28
fev
2023
16:07
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
"Space" TV-dən ayrılan daha bir şəxs sənətşünaslıq üzrə fəlsəfə doktoru, aparıcı Elçin Əlibəyli olub.
BAKU.WS olay-a istinadən xəbər verir ki, E.Əlibəyli bir neçə həftə öncə kanaldan ayrılıb. Onun "Elin sözü" layihəsinin yayımı da dayandırılıb.
Qeyd edək ki, proqram bundan sonra "Elə çarə" adıyla Kanal S-də efirə gedəcək.
Onu da bildirək ki, ötən günlərdə kanalın yeni rəhbəri vəzifəsi Vado Karovinə tapşırılıb. Onun gəlişindən sonra aparıcı Turan İbrahimov da televiziyanın format dəyişdirməsi səbəbilə kanaldan ayrılıb.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanda üç yeni radionun açılması üçün müraciət edən qurumların adları məlum olub - SİYAHI
Azərbaycanda üç yeni radionun açılması üçün müraciət edən qurumların adları məlum olub. Bu barədə BAKU.WS-ə Audiovizual Şuradan məlumat verilib. Bildirilib ki,...