Əhliman Əmiraslanov: "Plastik cərrahiyyə ilə yalnız mütəxəssislər məşğul ola biləcəklər"

Əhliman Əmiraslanov: Plastik cərrahiyyə ilə yalnız mütəxəssislər məşğul ola biləcəklər
Sosial 48

"Azərbaycanda çox geniş imkanlara malik klinikalar fəaliyyət göstərir, lakin bu, kifayət deyil. Bu klinikalarda müasir tələblərə cavab verən mütəxəssislər çalışmasalar, əhaliyə göstərilən tibbi xidmətin yüksək səviyyədə olmasından danışa bilmərik".

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

O, çıxışı zamanı plastik cərrahiyyə sahəsində atılan addımlara toxunub və bu istiqamətdəki işləri dəstəklədiyini bildirib:

"Plastik cərrahiyyə sahəsində hətta həkimlik diplomu olmayan şəxslərin fəaliyyəti insanların haqlı narazılığına səbəb olub. Çünki qeyri-peşəkar şəxslərin işləri nəticəsində ağırlaşmalar, hətta ölüm hallarına da rast gəlinirdi. Aidiyyəti qurumların bu istiqamətdə atdığı addımları uğurlu hesab edirəm. Bu sahədə monitorinqlərin keçirilməsi nəticəsində operativ qaydada qabaqlayıcı tədbirlər görüldü və yalnız mütəxəssislərin bu fəaliyyətlə məşğul olmasına icazə verildi. Bununla da plastik cərrahiyyə ilə yalnız mütəxəssislər məşğul ola biləcəklər. İcazəsi olmayanlar isə bu fəaliyyətdən uzaqlaşdırılacaqlar".

Son xəbərlər