Əhaliyə vacib XƏBƏRDARLIQ - Sabah saat 03:00-dan etibarən...
İyunun 2-i səhər saatlarında orta coğrafi enliklərdə 10 ballıq şkala ilə 6 ballıq maqnit qasırğası olub.
Bu barədə BAKU.WS-ə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat evrilib.
Bildirilib ki, saat 9.00-dan sonra qasırğanın gücü 5, saat 12.00-dan sonra isə 4 bal olacaq. Qasırğanın 5-dən aşağı balı Yerə nisbətən təsirsiz ötüşür. Yüksək coğrafi enliklərdə saat 12.00-dək maqnit qasırğasının gücünün 10 ballıq şkala ilə 6-7, günün sonu üçün 3-4, iyunun 3-ü saat 03.00-12.00 aralığında 5-6 bal olacağı gözlənilir.
Orta coğrafi enliklərdə iyunun 2-də saat 15.00-dan sonra maqnit sahəsinin göstəriciləri fon səviyyəsində olacaq.
Yaranan qasırğalar Günəşdə baş vermiş alışmaların STEREO və LASCO koronoqrafları ilə çəkilmiş şəkillərinə görə müəyyən olunub. Mayın 31-də baş vermiş tac kütlə atılması Yer yaxınlığından keçərək maqnit qasırğası yaradıb.
Oxşar xəbərlər
Bakıda bir sıra parklanma məntəqələrinin fəaliyyəti müvəqqəti məhdudlaşdırılacaq
Bakıda keçiriləcək İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları ilə əlaqədar olaraq bir sıra parklanma məntəqələrinin fəaliyyəti müvəqqəti məhdudlaşdırılacaq...