Əhalinin NƏZƏRİNƏ! - Bakıda bu ərazilərdə QAZ OLMAYACAQ
Bakının bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
"Azəriqaz" İB-dən BAKU.WS-ə bildirilib ki, bu gün (30.10.2025-ci il tarixdə) saat 09:30-dan etibarən Səbail, Binəqədi, Nizami və Suraxanı rayonlarında qaz xətləri üzərində təmir-quraşdırma işləri aparılacaq.
Bu səbəbdən Səbail rayonu üzrə Bayıl və Badamdar qəsəbələrinin, 20-ci Sahə yaşayış massivinin, Zərifə Əliyeva, İstiqlaliyyət, R. Rza küçələrinin və Neftçilər prospektinin, Nəsimi rayonu üzrə Nizami küçəsinin, Yasamal rayonu üzrə Ə.Quliyev küçəsinin, Binəqədi rayonu üzrə Sulutəpə və Xocahəsən qəsəbələrinin təbii qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bununla yanaşı, Nizami rayonu üzrə Q.Qarayev prospektinin, A.Manafov, K.Balakişiyev, B.Çobanzadə, M.Abbasov, Ordubadi, İ.Müzəffəroğlu və Özbəkistan küçələrinin, Suraxanı rayonu üzrə isə Hövsan qəsəbəsi, Hövsan Bağlar yaşayış sahəsinin də təbii qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Oxşar xəbərlər
MEDİA jurnalistlər üçün müsabiqə elan edib
Müsabiqədə iştirak etmək üçün müraciət və ona əlavə edilən sənədlər elektron formada mib.media.gov.az portalı vasitəsilə Azərbaycan Respublikasının Medianın İnk...