Əhalinin NƏZƏRİNƏ - 107 avtobusa bu qurğular quraşdırılır
"Əlilliyi olan şəxslərin istifadəsi ücün pandusla təchiz edilmiş 1200-dən artıq avtobus müxtəlif marşrutlar üzrə istismar olunur. Bu sayın artırılması və bu cür imkanları olan avtobusların istismara buraxılması istiqamətində işlər aparılır".
Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, həmçinin 1054 avtobusda dayanacaqların səsləndirilməsini həyata keçirən qurğu mövcuddur. Hazırda səsləndirmə həyata keçirilən avtobus sayının artırılması istiqamətində texniki və digər zəruri işlər görülür.
"Daşıyıcılar tərəfindən yeni gətirilən daha 107 avtobusda səslənmənin təmin edilməsi istiqamətində əlavə qurğuların quraşdırılması ilə bağlı texniki işlər aparılır. Müntəzəm avtobus marşrutlarında sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı təşkil edilən müsabiqələr zamanı da sağlamlıq imkanları məhdud vətəndaşların avtobuslara rahat minib-düşmələri üçün xüsusi qurğu və avadanlıqla təchiz olunan nəqliyyat vasitələrinə üstünlük verilir", - deyə məlumatda vurğulanıb.
Banu Hüseynli
Oxşar xəbərlər
Yeni ildə ən ucuz qiymətə bu bölgələrdə istirahət etmək olar
Yeni ildə insanlar həm uzun iş ilinin yorğunluğunu atmaq, həm də ailəsi ilə birlikdə maraqlı və yadda qalan istirahət keçirmək üçün ölkə daxilində müxtəlif isti...