Əfsanəvi kosmonavt: “Bütün insanların kosmosa gedə biləcəyi günü səbirsizliklə gözləyirəm”
Yeniliklərdən dərhal xəbərdar olun
“Gələcəkdə bütün insanlar kosmosa gedə biləcəklər. Mən o günü səbirsizliklə gözləyirəm”.
BAKU.WS xəbər verir ki, bunu “Report”a açıqlamasında Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresinin iştirakçısı, ABŞ-nın mülki kosmik proqramlarını həyata keçirmək üçün yaradılmış icraedici dövlət agentliyi - NASA-nın “Apollo 9” missiyasından yeganə sağ qalmış 87 yaşlı əfsanəvi kosmonavt Rassel Şvaykart deyib.
“Bu, ona görə baş verəcək ki, peşəkar kosmos təşkilatları, agentliklər, assosiasiyalar var. Kosmosda özümü bütün dünyanın vətəndaşı kimi hiss edirdim. Mən Yer üzərindəki hər kəsi təmsil edirdim və bu, çox güclü bir reallıqdır. Bakıda bu tədbirin keçirilməsi kosmosla maraqlananlar üçün çox möhtəşəm şansdır. Gənclərin bu sahəyə marağı daha da artacaq”,- deyə o qeyd edib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - SİYAHI
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncam məhkum olunmuş bir sıra şə...