Əfqanıstanlı nümayəndə: Heyətimizin Bakıda COP29-da iştirakı böyük uğur oldu
Yeniliklərdən dərhal xəbərdar olun
Əfqanıstan nümayəndə heyətinin Azərbaycanda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirakı böyük uğur olub.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Əfqanıstanın Ətraf Mühitin Mühafizəsi üzrə Milli Agentliyinin rəhbəri Matuil Haq Xalis Kabildə keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Azərbaycanda keçirilən COP29 konfransında Əfqanıstanın mövcud vəziyyətinin aydın mənzərəsi dünyaya təqdim olunub.
"Taliban" rəsmisi Əfqanıstan nümayəndə heyətinin COP29-da iştirakını böyük uğur kimi qiymətləndirib.
Qeyd edib ki, "Taliban" nümayəndə heyətinin həmin konfransa qatılması Əfqanıstanın iqlim dəyişikliyi baxımından ən həssas ölkələrdən biri kimi tanınması baxımından əhəmiyyətli olub.
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...