ƏƏSMN: Müddətsiz əlillik təyinatına əsas verən meyarların sayı 51-dən 286-ə çatdırılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Müddətsiz əlillik təyinatına əsas verən meyarların sayı 51-dən 286-ə çatdırılıb.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində əlillik və reabilitasiya sahəsində görülən işlərə dair keçirilən infosessiyada bildirilib.
İnfosessiyada əlilliyin qiymətləndirilməsi sahəsində 2022-ci ilin iyul ayından tətbiq olunan yeni meyarların vətəndaş məmnunluğuna yönələn üstünlükləri diqqətə çatdırılıb.
Bu meyarların tətbiqi ilə əlillik təyinatının orqanizminin funksiyalarının itirilməsi faizləri müəyyən edilməklə aparıldığı, əlillik təyinatına əsas verən meyarların sayının 5 dəfə artırıldığı qeyd edilib.
Aparılan işlər nəticəsində 2018-2024-cü illərdə reabilitasiya xidməti göstərilənlərin illik sayının dəfələrlə artdığı vurğulanıb.
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...