ƏƏSMN əhalinin sosial rifahına dair mütəmadi hökumətə məlumat verəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Zərurət olduğu təqdirdə özünüməşğulluq proqramının əhatə dairəsi genişləndirilə bilər.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu, baş nazir Əli Əsədovun bu gün imzaladığı “Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” Sərəncamda əksini tapıb.
Sərəncama əsasən, zərurət olduğu təqdirdə özünüməşğulluq proqramının və haqqı ödənilən ictimai işlərin əhatə dairəsinin genişləndirilməsi istiqamətində tədbirlər görülməsi nəzərdə tutulur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əhalinin sosial rifahının qorunması sahəsində görülmüş işlərin nəticəsi barədə Nazirlər Kabinetinə rübdə bir dəfə məlumat verməlidir.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...