Ədliyyə orqanlarında çalışmaq istəyənlər bu xəbəri oxusunlar
01
avq
2019
21:51
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Ədliyyə orqanlarına qulluğa qəbul üzrə Müsabiqə Komissiyası bildirir ki, növbəti – 16-cı müsabiqə üzrə test imtahanından uğur qazanmış və qanunvericiliyin tələblərinə cavab verən 126 namizədlə ikinci mərhələdə aşkarlıq şəraitində fərdi qaydada söhbət aparılıb.Ədliyyə Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə bildiriblər ki, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin də iştirak etdikləri bu mərhələdə 66 nəfər zəruri keçid balı toplayaraq müsabiqədən keçmiş hesab edilib.Müsabiqə Komissiyası tərəfindən həmin namizədlərin Ədliyyə Akademiyasında xüsusi proqram əsasında icbari təlimə cəlb olunmaları barədə qərar qəbul edilib. Təlimin yekunları üzrə imtahandan müvəffəqiyyətlə keçən hüquqşünaslara peşə fəaliyyətinə buraxılma haqqında şəhadətnamə verilməklə onların ədliyyə orqanlarına qulluğa qəbul məsələsi həll olunacaq.İcbari təlimdə iştirakla bağlı namizədlər avqustun 5-də saat 10.00-da Akademiyada olmalıdırlar (Bakı şəhəri, Vidadi küçəsi 158, telefon: 493-71-31).Aidiyyəti məsələlərlə əlaqədar nazirliyə müraciət edilə bilər (Bakı şəhəri, İnşaatçılar prospekti 1, telefon: 538-01-62, 538-08-85, elektron poçt: contact@justice.gov.az).
Oxşar xəbərlər
İşə qəbul üzrə imtahanların nəticələri məlum olub
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini...