Ədliyyə Nazirliyinin İstintaq idarəsinə rəis təyin olunub
Yeniliklərdən dərhal xəbərdar olun
Ədliyyə Nazirliyinin İstintaq idarəsinə təyinat olub.
BAKU.WS xəbər verir ki, nazirlikdən report-a verilən məlumata görə, ədliyyə naziri Fərid Əhmədovun müvafiq əmri ilə Sahib Rzayev İstintaq idarəsinin rəisi vəzifəsinə təyin edilib.
Qeyd edək ki, S.Rzayev 1977-ci ildə anadan olub. 2001-ci ildə Bakı Dövlət Universitetinin hüquqşünaslıq ixtisası üzrə bakalavr dərəcəsini, 2011-ci ildə isə Bakı Dövlət Universitetində Beynəlxalq hüquq ixtisası üzrə əlavə təhsili fərqlənmə ilə bitirib.
2006-cı ilədək daxili işlər orqanlarında müstəntiq, 2006-cı ildən 2023-cü ilə qədər Fövqəladə Hallar Nazirliyində şöbə, idarə və baş idarə rəisi vəzifələrində çalışıb. Bu ilin yanvar ayından hazırkı təyinatına qədər Ədliyyə Nazirliyinin İstintaq idarəsinin rəis müavini vəzifəsində işləyib.
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...