DYP sürücülərə XƏBƏRDARLIQ ETDİ - Bu ayaqqabılarla maşın idarə etməyin

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.
İdarədən BAKU.WS-ə verilən məlumata görə, müraciətdə deyilir:
"Yol hərəkətində təhlükəsizliyin təmin olunması hər birimiz üçün vacibdir. Avtomobil idarə etmək yalnız texniki bacarıq deyil, eyni zamanda maksimum diqqət və məsuliyyət tələb edir.
Aparılan müşahidələr göstərir ki, bəzi yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olan amillərdən biri də sürücülərin sükan arxasında uyğun olmayan geyimlərdən, xüsusilə də ayaqqabılardan istifadə etməsidir.
Nazik və hündürdabanlı, topuqlu, arxasıaçıq, sürüşkən və elastik altlıqlı ayaqqabılar pedallar üzərində nəzarəti çətinləşdirir, ayağın sürüşməsinə və pedalın vaxtında, düzgün sıxılmamasına səbəb olur ki, bu da qəza riskini artırır. Bu kimi hallar daha çox xanım sürücülər arasında müşahidə olunur.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücüləri diqqətli olmağa, özlərinin və digər yol hərəkəti iştirakçılarının təhlükəsizliyi naminə məsuliyyətli davranmağa çağırır.
Təhlükəsizliyinizi düşünün - özünüzü və digərlərini qoruyun!"
Oxşar xəbərlər
"Roşka"nın məhkəmədə etirafları: "Yanımdakı xanımı gözəllik salonuna apararkən saxladılar"
Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən "Roşka" ləqəbli tiktoker Rövşən Süleymanovun cinayət işi üzrə məhkəmənin növbəti baxışı keçirilib....