DYP: Ötən gün ölümlə nəticələnən yol qəzası baş verməyib
Yeniliklərdən dərhal xəbərdar olun
Baş Dövlət Yol Polisi İdarəsi qeyri-sabit hava şəraitinə baxmayaraq, ötən gün ölkə ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin qeydə alınmadığını açıqlayıb.
BAKU.WS xəbər verir ki, qurumun yaydığı məlumatda bildirilir ki, belə müsbət nəticə həm yol polisi əməkdaşlarının gücləndirilmiş iş rejimində həyata keçirdiyi nəzarət tədbirləri, həm də sürücülərin məsuliyyətli davranışı sayəsində mümkün olub.
Məlumata görə, yol hərəkəti təhlükəsizliyinin təmin olunması məqsədilə xüsusilə riskli hesab edilən yol sahələri DYP əməkdaşları tərəfindən daim nəzarətdə saxlanılıb. Sürücülərə yol və hava şəraiti ilə bağlı operativ məlumatlar çatdırılıb, eyni zamanda səyyar şəkildə maarifləndirici tədbirlər həyata keçirilib.
Maarifləndirmə zamanı sürücülərə hava və yol şəraitinə uyğun davranmaları, sürət həddinə əməl etmələri, ara məsafəsini qorumaları tövsiyə olunub.
Baş Dövlət Yol Polisi İdarəsi qaydalara əməl edən bütün sürücülərə təşəkkür edib və vətəndaşları bir daha diqqətli olmağa çağırıb:
"Dəyişkən hava şəraiti yol qəzalarının baş vermə riskini artırır. Hər bir sürücü yola çıxmazdan əvvəl nəqliyyat vasitəsinin texniki vəziyyətini yoxlamalı, hərəkət zamanı isə maksimum diqqətli və məsuliyyətli olmalıdır".
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...