Dünyanın prestijli saytları "Səma qurbanları" filmindən yazdı

Dünyanın prestijli saytları Səma qurbanları filmindən yazdı
Foto
Sosial 68

Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" tipli sərnişin təyyarəsinin qəzaya uğramasına həsr edilən "Səma qurbanları" filmi barədə dünyanın prestijli saytlarında məqalələr dərc edilib.

BAKU.WS xəbər verir ki, ekran işi barədə məlumatlar "Forbes" də daxil olmaqla dünyanın bir neçə nüfuzlu xarici mediasında işıqlandırılıb.

Bu, Azərbaycan kinosu üçün uğurlu hadisə hesab edilir.

Xatırladaq ki, film "SOY" Productiona aiddir. AI rejissorluğunu Babək Sübhaninin, assistentliyini Nəzrin Mərdanlının etdiyi qısa filmdə qəza anı əks olunub.

Milli qəhrəmanlarımız - İqor İvanoviç Kşnyakin, Aleksandr Georgiyeviç Kalyaninov, Hökumə Cəlil qızı Əliyevanın, həmçinin sağ qalan ekipaj üzvləri Aydan Rəhimli, Zülfiqar Əsədovun görüntülərinin yer aldığı layihənin rəhbəri Əməkdar artist Dilarə Əliyeva, ssenari müəllifi Fariz Əliyevdir.

Xanoğlan Ağamoğlanlının məsləhətçilik etdiyi ekran işində səsləndirmə aktyor Vüsal Murtuzəliyevə məxsusdur.

Sözügedən kadrları ərsəyə gətirən S. Hüseyn videoda 40 mindən çox şəkildən istifadə olunduğunu bildirib.

Son xəbərlər