Dünyanın ən qədim kitabxanaları bu ölkələrdə yerləşir - SİYAHI

Dünyanın ən qədim kitabxanaları bu ölkələrdə yerləşir - SİYAHI
Foto
Sosial 75

Dünyada bir-sıra mədəniyyət nümunələrini özündə daşıyan qədim kitabxanalar mövcuddur. Yaşı əsrlərə bərabər olan bu kitabaxanalar bəziləri qədim mədəniyyətin və sivilizasiyanın beşiyində yerləşirlər.

Bu dəfə BAKU.WS saytı dünyanın ən qədim kitabxanalarının siyahısını təqdim edir:

Misirdə İsgəndəriyyə Kitabxanası

Kitabxana e.ə. 3-cü əsrə aiddir. Qədim dünyanın ən məşhur və ən böyük kitabxanası hesab olunur. Minlərlə papirus və mətn burada saxlanılırdı.

Dünyanın ən qədim kitabxanaları bu ölkələrdə yerləşir - SİYAHI

İraqda Aşşurbanipal Kitabxanası

E.ə. 7-ci əsrə aiddir. Ninova şəhərindəki bu kitabxana dünyanın ən qədim sistemləşdirilmiş kitabxanası sayılır. Gil lövhələr üzərində mixi yazılı mətnlər, o cümlədən "Gilqamış dastanı" burada tapılıb.

Dünyanın ən qədim kitabxanaları bu ölkələrdə yerləşir - SİYAHI

Yunanıstanda Afina Kitabxanası və Pergamon Kitabxanası

E.ə. 2-4-cü əsrlərə aiddir. Elm və fəlsəfə mərkəzləri olan bu kitabxanalar antik Yunan dünyasının bilik mərkəzləri idi.

Dünyanın ən qədim kitabxanaları bu ölkələrdə yerləşir - SİYAHI

Mərakeşdə Al-Qaraviyyin Kitabxanası

859-cu ildə tikilib. Dünyanın bu günə qədər fəaliyyət göstərən ən qədim kitabxanasıdır. Fatima al-Fihri tərəfindən təsis edilib.

Dünyanın ən qədim kitabxanaları bu ölkələrdə yerləşir - SİYAHI

İranda Cündişapur Akademiyasının Kitabxanası

E.ə. 3-cü əsrə aiddir. Qədim elmlərin, xüsusilə tibb və astronomiyanın öyrədildiyi mühüm mərkəz idi.

Dünyanın ən qədim kitabxanaları bu ölkələrdə yerləşir - SİYAHI

Çində İmperator Kitabxanası

E.ə. 2-ci əsrə aiddir. Çin klassiklərinin toplanıb qorunduğu ən qədim dövlət kitabxanası idi.

Dünyanın ən qədim kitabxanaları bu ölkələrdə yerləşir - SİYAHI

Son xəbərlər