Dünyada, o cümlədən Azərbaycanda saytlara girişdə problem yaşanır - RƏSMİ
Elektron Təhlükəsizlik Xidməti (ETX) ölkədə saytların fəaliyyətində yaranan problemlə bağlı açıqlama yayıb.
Bu barədə BAKU.WS-ə ETX-dan bildirilib.
Qeyd edilib ki, azırda qlobal kibertəhlükəsizlik xidmətləri göstərən "Cloudflare" şirkətinin qlobal şəbəkəsində genişmiqyaslı texniki problem müşahidə olunur.
Bu nasazlıq nəticəsində ölkəmizdə də bir sıra internet resurslarının fəaliyyətində fasilələr yaranıb və xidmətlərə əlçatanlıq məhdudlaşıb.
Yaranmış problem lokal infrastruktur və ya milli internet şəbəkəsi ilə bağlı deyil. Çətinlik birbaşa "Cloudflare"-in beynəlxalq şəbəkəsində baş verən texniki nasazlıqdan qaynaqlanır və bütün dünyada çoxsaylı istifadəçilərə təsir göstərir.
Məlumat üçün bildirək ki, nasazlıqla bağlı "Cloudflare" də açıqlama yayıb. Açıqlamaya görə, şirkət hazırda bir neçə müştəriyə təsir edən qlobal səviyyəli nasazlığı araşdırır və aradan qaldırılması istiqamətində iş görür.
Oxşar xəbərlər
Azərbaycanda ən çox bahalaşan hansı məhsul olub?
Azərbaycanda cari ildə ərzaq bazarında qiymətlərin dəyişməsi gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. BAKU.WS-in məlumatına görə, marketlərdə, bazarlarda...